Böyük Britaniyanın Baş naziri Kir Starmer Körfəz regionuna səfərinin son günündə bildirib ki, həm regionda, həm də ölkəsində İran münaqişəsinin bir nəsil üçün həlledici olacağı anlayışı formalaşıb və buna cavab kimi güclü addımlar atılmalıdır.
BBC-yə istinadla xəbər verilir ki, Baş nazir Kir Starmer NATO-nun ölkələrin təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını, həmçinin ABŞ-nin bu alyansda qalmasının öz maraqlarına uyğun olduğunu deyib.
Baş nazir Yaxın Şərqə üçgünlük səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Qətər liderləri ilə görüşüb. Starmer əlavə edib ki, Körfəz regionundakı müttəfiqlər gəmiçiliyin azad şəkildə bərpasının vacibliyi ilə razıdırlar və bu marşrut üzrə hər hansı rüsum və ya məhdudiyyətlərin tətbiqinə qarşı çıxırlar. İranın isə belə məhdudiyyətlər təklif etdiyi bildirilir.