Rusiya-Ukrayna müharibəsində həyatını itirən azərbaycanlıların sayı artmaqda davam edir.
Bu ilin fevral-mart aylarında Rusiya ordusunun sıralarında vuruşaraq Ukraynanın Zaporojye, Donetsk və Xarkov vilayətləri istiqamətində gedən döyüşlərdə həlak olan daha 10 Azərbaycan əsilli hərbçinin kimliyi məlum olub.
Ukrayna ordusu ilə döyüşlərdə həlak olan həmin şəxslərin 2-si Azərbaycan, 8-i isə Rusiya vətəndaşıdır.
Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:
Seidov Maqomed Mirəli oğlu — 2000-ci il təvəllüdlü, Voronej şəhərində yaşayıb.
Yəhyayev Əli Maqomed oğlu — 05.03.1980-ci il təvəllüdlü, Həştərxan vilayətinin Liman qəsəbəsində yaşayıb.
Hüseynov İlkin Həsən oğlu — 24.01.1985-ci il təvəllüdlü, Arxangelsk şəhərində yaşayıb.
Şirinov Rövşən Firuddin oğlu — 15.09.1974-cü il təvəllüdlü, Xantı-Mansiysk Muxtar Dairəsinin Surqut şəhərində yaşayıb.
Marşalinski Tofiqbəy Rövşən oğlu — 11.03.1992-ci il təvəllüdlü, Mordoviya Respublikasının Lyambir kəndində yaşayıb.
Qasımov Elşən İman oğlu — 14.02.1996-cı il təvəllüdlü, Xantı-Mansiysk Muxtar Dairəsinin Meqion şəhərində yaşayıb.
Quliyev Emil Cavanşir oğlu — 19.05.1989-cu il təvəllüdlü, Bryansk şəhərində yaşayıb.
Qafarov Emil Etibar oğlu — 09.01.2005-ci il təvəllüdlü, 6-cı əlahiddə motoatıcı briqadada xidmət edib.
Məmmədov Elşən Əsgər oğlu — 22.01.1970-ci il təvəllüdlü, Leninqrad vilayətinin Arbuzovo qəsəbəsində yaşayıb.
Nurullayev Timur Əhməd oğlu — 05.12.1993-cü il təvəllüdlü, Rostov vilayətinin Novoçerkassk şəhərində yaşayıb.
Qeyd edək ki, Rusiya–Ukrayna müharibəsi başlayandan bəri yüzlərlə soydaşımız həlak olub.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu 2025-ci il dekabrın 29-da xəbərdarlıq yayaraq xarici ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə iştirakın qanunvericiliyə əsasən cinayət məsuliyyəti yaratdığını açıqlamışdı.