Böyük Britaniya Ukraynaya dəstəyini gücləndirmək məqsədilə milyonlarla funt sterlinq dəyərində yeni yardım paketi elan edib.
Maliyyə naziri Reyçel Rivz Vaşinqtonda Ukraynanın Baş naziri Yuliya Sviridenko ilə görüş öncəsi 752 milyon funt sterlinq məbləğində ödənişi təsdiqləyib.
Bu vəsait ümumilikdə 3,36 milyard funtluq kredit paketinin bir hissəsidir. Ayrılan maliyyə Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün uzunmənzilli raketlər, qabaqcıl hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları kimi vacib hərbi texnikanın alınmasına yönəldiləcək.
Eyni zamanda, müdafiə naziri Con Hili Ukrayna üzrə Müdafiə Əlaqə Qrupu çərçivəsində ölkəyə indiyədək ən böyük pilotsuz uçuş aparatları paketini təqdim edəcək. Bu təşəbbüs çərçivəsində Ukraynaya 120 min ədəd dron göndəriləcək. Paketə uzunmənzilli zərbə imkanlarına malik dronlar, kəşfiyyat vasitələri, logistika dəstəyi və dəniz dronları daxildir. Bu dronların əhəmiyyətli hissəsi Böyük Britaniyada istehsal olunacaq.