Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə başlayacağını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında ilişib qalmış neytral xarici gəmilərin azad edilməsinə kömək etməyə başlayacağını açıqlayıb.

Medianın məlumatına görə, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.

Tramp əməliyyatı “Azadlıq Layihəsi” adlandırıb və onun bazar ertəsi səhər başlayacağını bildirib.
  • Sosial şəbəkədə paylaş