ABŞ Dövlət katibi: Kuba ilə bağlı məsələyə daha sonra baxacağıq

ABŞ Kuba ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən brifinqdə bildirib.

Rubio qeyd edib: “Kubanın iqtisadi modeli iflasa uğrayıb və məsul şəxslər bunu düzəldə bilmirlər”.

“Sahilimizdən təxminən 140 kilometr məsafədə bəzi rəqiblərimiz üçün dost əraziyə çevrilmiş uğursuz bir dövlət yerləşir. Bu, qəbuledilməz status-kvodur və biz bunu həll edəcəyik, amma bu gün yox”, - deyə o əlavə edib.
  • Sosial şəbəkədə paylaş