Abbas Əraqçi: ABŞ diplomatik həll yoluna deyil, hərbi macəraya üstünlük verir

İranın xarici işlər naziri cümə günü ABŞ-ni diplomatik həllin mümkün göründüyü bir vaxtda hərbi əməliyyatlara əl atmaqda ittiham edib.

Əraqçi “X” sosial platformasında yazıb: “Hər dəfə diplomatik həll masada olduqda, ABŞ ehtiyatsız hərbi macəraya üstünlük verir. Səbəb nə olursa olsun, nəticə eynidir: iranlılar heç vaxt təzyiqə boyun əymirlər”.

Abbas Əraqçi, həmçinin ABŞ kəşfiyyatının İranın raket qabiliyyətləri ilə bağlı qiymətləndirmələrini rədd edib. O ABŞ və İsrailin müharibəyə başladığı günə istinad edərək yazıb: “Mərkəzi Kəşfiyyat İdarəsi səhv edir. Raket inventarımız və buraxılış qurğumuz 28 fevralla müqayisədə 75 faiz səviyyəsində deyil. Düzgün rəqəm 120 faizdir. Xalqımızı müdafiə etməyə hazırlığa gəldikdə, bu, 1000 faiz səviyyəsindədir”.
  • Sosial şəbəkədə paylaş