İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2795-ə çatıb.
Bu barədə Livan Səhiyyə Nazirliyi açıqlamasında bildirib. Nazirliyin Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, martın 2-dən indiyədək davam edən hücumlarda, ümumiyyətlə, 8586 nəfər yaralanıb. İsrail qüvvələri aprelin 16-da on gün müddətinə elan olunan atəşkəsi pozaraq Cənubi Livana qarşı hücumlarını davam etdirir. Atəşkəs aprelin 23-dən etibarən üçhəftəlik müddətə uzadılıb.
Hazırda beynəlxalq təşkilatlar və regional tərəflər gərginliyin aradan qaldırılması və münaqişənin sülh yolu ilə həllinə çağırış edirlər.