Buşehr əyalətində ağır yol-nəqliyyat hadisəsi baş verib

Əsəluye–Kəngan magistralında hərəkətdə olan sərnişin avtobusu aşıb.

İran Qırmızı Aypara Cəmiyyətinin yaydığı məlumata əsasən, qəza nəticəsində 8 nəfər həyatını itirib, daha 15 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralıların yaxınlıqdakı xəstəxanalara çatdırıldığı bildirilib.
  • Sosial şəbəkədə paylaş