İran XİN Vaşinqtonu Yaxın Şərqdən qoşunlarını çıxmağa çağırıb

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ni Yaxın Şərq ölkələrindən qoşunlarını çıxarmağa çağırıb.

Abbas Əraqçi bu barədə özünün sosial media hesabında yazıb.

“Silahlı qüvvələrimiz heç bir hücumu və ya təhdidi cavabsız qoymayacaq. Təhlükədə olmaq istəmirsinizsə bölgəni tərk edin”, - deyə diplomat bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “Apache” helikopterinin vurulmasından sonra İrana zərbələr endirildiyini açıqlayıb. Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki ABŞ bazalarına hücum edib.

Ətraflı
  • Sosial şəbəkədə paylaş