Ukraynada qırıcı təyyarə qəzaya uğrayıb

İyunun 27-nə keçən gecə Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarəsi Poltava bölgəsində qəzaya uğrayıb. Pilot qəzada sağ qalıb.

Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Teleqram kanalına istinadla məlumat yayıb.

Məlumata görə, Poltava bölgəsində döyüş tapşırığı yerinə yetirən MiQ-29 qırıcı təyyarəsi ilə əlaqə kəsilib.

"Təyyarənin itkisini təsdiqləyirik, lakin ukraynalı pilot qəzadan uğurla çıxıb, axtarış-xilasetmə qrupu ilə əlaqə saxlayıb, müayinə və lazımi yardım üçün tez bir zamanda tibb müəssisəsinə aparılıb", - deyə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.

Hazırda qəzanın səbəbləri araşdırılır.
  • Sosial şəbəkədə paylaş