Rusiya MN: Nikolayev vilayətindəki aerodromda Ukraynaya məxsus iki MiQ-29 məhv edilib

Rusiya Müdafiə Nazirliyi Nikolayev vilayətində yerləşən aerodroma endirilən zərbə nəticəsində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsinin məhv edildiyini bildirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Nazirliyin iddiasına görə, zərbə nəticəsində Nikolayev vilayətindəki hərbi aerodromda yerləşən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi sıradan çıxarılıb.

Rusiya MN həmçinin bildirib ki, son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodrom infrastrukturu, silah-sursat anbarları və pilotsuz uçuş aparatlarının istehsal və saxlanma məntəqələrinə də zərbələr endirib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin bu iddiaları Ukrayna tərəfi tərəfindən hələlik təsdiqlənməyib.
  • Sosial şəbəkədə paylaş