ABŞ İrana qarşı yeddinci gecə hücumlarını başa çatdırıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeddinci gecə hücumları dalğasının başa çatdığını açıqlayıb.

Bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.

Məlumata görə, ABŞ qüvvələri müşahidə obyektlərinə, hərbi logistika infrastrukturuna, yeraltı silah anbarlarına və dəniz hədəflərinə zərbələr endirib. Əməliyyat zamanı qırıcı təyyarələrdən, pilotsuz uçuş aparatlarından, hərbi gəmilərdən və digər vasitələrdən istifadə olunub.

Bəyanatda, həmçinin CENTCOM-un İran limanlarının dəniz blokadasını davam etdirdiyi vurğulanıb.
  • Sosial şəbəkədə paylaş