Malinin şimalında yerləşən strateji Nefis şəhərini tərk edən hərbi karvana tuareq üsyançılarının və silahlı radikal qruplaşmaların hücumu nəticəsində 50-dən çox hərbçi həlak olub.
“əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, hərbi və yerli mənbələrin “France-Presse” agentliyinə verdiyi xəbərə görə, hücum nəticəsində 24-dən çox hərbçi əsir götürülüb. Hakim hərbi şuraya yaxın yerli rəsmilər ilkin itkilərin daha çox olacağını və ölənlərin sayının arta biləcəyini istisna etməyiblər.
Qeyd olunur ki, bu hadisə Malidə son 15 ay ərzində orduya qarşı həyata keçirilən ən qanlı hücumlardan biri hesab olunur.
Son aylarda ölkədə silahlı qruplaşmaların fəaliyyəti genişlənib və müxtəlif bölgələrdə ordu ilə toqquşmalar intensivləşib. Eyni zamanda, radikal qrupların yanacaq təchizatını pozması paytaxt Bamako və ətraf ərazilərdə elektrik enerjisi təchizatında və əsas təminat sahələrində ciddi problemlər yaradıb.