Peruda baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub

Peruda baş verən zəlzələ nəticəsində altı nəfər həlak olub.

Bu barədə ölkənin Baş naziri Luis Arroyo Sançez bildirib.

"Təəssüf ki, altı nəfər ölüb. Artıq qohumlarına başsağlığı vermişik və yaxınlıqdakı bir neçə əraziyə də baş çəkmişik", - deyə o qeyd edib.

Baş nazirin sözlərinə görə, 250-dən çox evə ziyan dəyib, 48 bina tamamilə dağılıb.

Peru Geofizika İnstitutunun məlumatına görə, şənbə günü axşam yerli vaxtla ölkənin mərkəzi hissəsindəki Junin departamentinin Çupaka şəhərindən 7 kilometr cənubda 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 24 kilometr dərinlikdə yerləşib.
  • Sosial şəbəkədə paylaş