Kir Starmer Dauninq Stritdə son çıxışını edib

Böyük Britaniyanın Baş naziri Kir Starmer bu vəzifədə son çıxışını edib.

Kir Starmer Baş nazir kimi xidmət etməyin onun üçün şərəfi olduğunu vurğulayıb. O, son iki ildə ölkənin iqtisadiyyatının gücləndiyini, dövlət xidmətlərinin yaxşılaşdığını, yoxsulluq içində yaşayan uşaqların sayının azaldığını qeyd edib.

“İşim tamamlandı”, – deyən Baş nazir bildirib ki, vəzifədə olduğu müddətdə onu ən çox təsirləndirən məqam ölkəyə xidmət edən insanların, hərbçilərin, Milli Səhiyyə Xidmətinin əməkdaşlarının və yerli icmaların fədakarlığını yaxından görmək olub. Onun sözlərinə görə, Britaniyanın rəqibləri ölkəni dəyərlərinə görə parçalamağa çalışsalar da, belə bir dövrdə döblətin gücünü və birliyini qorumaq xüsusi əhəmiyyət daşıyır.

Kir Starmer çıxışında hökumət rəhbərliyini Leyboristlər Partiyasının yeni lideri Endi Börnhama təhvil verdiyini bildirərək ona uğurlar arzulayıb və tam dəstəyini ifadə edib.

Çıxışını başa vurduqdan sonra Kir Starmer Dauninq Stritdən ayrılaraq Bukinqem sarayına yollanıb. O, burada Kral III Çarlza istefasını təqdim edəcək. Bundan sonra Kral Leyboristlər Partiyasının yeni lideri Endi Börnhamı hökuməti formalaşdırmağa dəvət edəcək və Börnham rəsmi olaraq Böyük Britaniyanın yeni Baş naziri olacaq.
  • Sosial şəbəkədə paylaş