Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb

“İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur”.

Bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.

"Benyamin Netanyahu Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə heç bir şəkildə və ya formada həbs olunmayacaq", - Tramp Nyu-York meri Zöhran Məmdaninin açıqlamalarını şərh edərkən bildirib.

Qeyd edək ki, Məmdani Netanyahunun Nyu-Yorka gələcəyi təqdirdə BCM qərarı ilə saxlanılmasının qanuniliyi ilə bağlı vəkillərlə məsləhətləşdiyini açıqlamışdı.
  • Sosial şəbəkədə paylaş