İsrail ordusunun Qəzza zolağının mərkəzində avtomobilə endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın iki yüksək rütbəli zabitləri həlak olub.
Bu barədə Fələstin mənbələri və İsrail ordusu məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində HƏMAS-ın Deyr əl-Bələh bölgəsində daxili təhlükəsizlik xidmətinin rəhbəri polkovnik Vail Musa əl-Lədavi və mayor Ramez Əbu Zərayq ölüb.
İsrail ordusu hücumun HƏMAS üzvünə qarşı həyata keçirildiyini təsdiqləsə də, əməliyyatın detalları barədə əlavə məlumat verməyib. Fələstin tərəfi isə hədəfə alınan şəxslərin təhlükəsizlik strukturlarında çalışdıqlarını bildirib.
Məlumata görə, İsrail son aylarda HƏMAS-ın təhlükəsizlik və polis strukturlarının üzvlərinə qarşı oxşar zərbələri davam etdirir.