"Reuters"ə istinadən bildirir ki, kimliyi bəlli olmayan şəxslər Diori Amani adına beynəlxalq hava limanına hücum təşkil edib, eyni zamanda prezident iqamətgahının ətrafındakı təhlükəsizlik xəttini yarmağa cəhd göstəriblər.
Bundan əlavə, böyük hərbi obyekt olan "Baza 101"ə də hücum edilib. "Reuters"in təhlükəsizlik xidmətlərindəki mənbələri bildiriblər ki, hücum edənlərin bir qismi zərərsizləşdirilib, digərləri isə qaçaraq gizlənib. Agentliyin güc strukturlarındakı həmsöhbətləri hücum edən şəxsləri terrorçu kimi xarakterizə ediblər.
Ölkənin Məşvərət Şurasının üzvü Bana Vaqana İbrahim sosial şəbəkələrdə belə yazıb:
"Baza 101"ə növbəti qorxaqcasına hücum edildi və müdafiə, təhlükəsizlik qüvvələrimiz yenidən asayişi bərpa etdi. Vəziyyət nəzarət altındadır".