İndoneziyada göyərtəsində 243 nəfər olan gəminin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb

İndoneziyanın Yava və Borneo adaları arasında hərəkət edən “Virgo Transport 8” bərəsinin 103 sərnişini xilas edilib, 1 nəfər ölüb.

Qeyd edilib ki, gəmidə 243 sərnişin və ekipaj üzvü olub. Gəmisi bazar günü səhər Şərqi Yavanın Surabaya şəhərindən yola düşdükdən sonra əlaqə itib. Sudayananın sözlərinə görə, xilasedicilər gəmiyə çatmaq üçün hündürlüyü 2,5 metrə (8,2 fut) çatan dalğalarla mübarizə aparıblar.
  • Sosial şəbəkədə paylaş