Sudanın Qərbi Kordofan əyalətində qızıl mədəninin çökməsi nəticəsində ən azı 63 nəfər həlak olub.
Hadisə Əl-Nəhud şəhəri yaxınlığındakı Əl-Zaraa mədənində baş verib.
Qayanın qəfildən çökməsi nəticəsində onlarla insan dağıntılar altında qalıb.
Xilasetmə işləri davam edir. Sahədə qayaları və torpağı təmizləmək üçün ağır texnika çatışmazlığı var ki, bu da insanların axtarışını xeyli çətinləşdirir.
Mədənə girənlərin qeydləri aparılmadığı üçün yeraltında qalan işçilərin dəqiq sayını müəyyən etmək mümkün deyil.