"Flydubai" təyyarəsində pilotlar dava edib

Göyərtəsində qanlı insidentin baş verdiyi "FlyDubai" təyyarəsinin göyərtəsindən hadisə anlarına aid ilk fotolar yayılıb.

Bu barədə Rusiya KİV-ləri və "Telegram" kanallarına istinadən məlumat verir.

Kadrlarda əks olunan Yaniv adlı sərnişin silahlı hücumçu ilə dava edib. Onun paltarları qan içində olduğu görünür.

Təyyarədə olanlardan birinin sözlərinə görə, ekipaj üzvü pilota bıçaqla xəsarət yetirib və təyyarənin bort sistemlərindən bəzilərini sıradan çıxarıb. Bu kritik anda sərnişin Yaniv və başqa bir kişi birlikdə pilotların kabinəsinə girərək hücum edən şəxsi zərərsizləşdirməyə nail olublar.

Sərnişin iddia edir ki, təsadüf nəticəsində təyyarədə daha iki pilot da olub, onlar sərnişin qismində uçurmuşlar.

Onlar insidentdən sonra təyyarənin idarəetməsini öz üzərlərinə götürüblər və "Boeing"i Səudiyyə Ərəbistanına endirməyə nail olublar.

Alternativ versiyaya görə, münaqişə sərnişinlər arasında da yaranmış ola bilər.

"Sərnişinlər həlak olacaqlarını düşünürmüşlər", - deyə təyyarədəki sərnişinlərdən birinin anası bildirib.

O da iddia edilib ki, uçuş zamanı qadın salondakı kişilərdən biri bıçaq çıxararaq qadın sərnişinə hücum etməyə çalışıb. Pilot onun qolundan tutaraq yerə yıxıb. Bundan sonra təyyarə idarəetməni itirməyə başlayıb və salonda çaxnaşma başlayıb.

Digər versiya ondan ibarətdir ki, İsraildən BƏƏ-yə uçan "Flydubai" şirkətinin "Boeing 737" təyyarəsinin ekipajı təyyarənin rusiyalı komandiri və ukraynalı ikinci pilotdan ibarət olub. Uçuş zamanı onlar arasında münaqişə yaranıb və sərnişinlərin sözlərinə görə, daha sonra mübahisə bıçaqlanmaya çevrilib.

İsrailin "14-cü kanal"ının məlumatına görə, pilotladan biri təyyarəni 9 km hündürlükdən kəskin şəkildə endirməyə çalışıb, bu da nəticədə göyərtədə davaya səbəb olub. Telekanalın bildirdiyinə görə, ikinci pilot həmkarına müdaxilə etməyə çalışıb. Təyyarə 4.5 km hündürlüyə qədər enib.

Həmçinin sərnişinlərdən biri bildirib ki, kimsə pilota bıçaqla hücum etməyə çalışıb. Hələlik heç bir versiya rəsmi olaraq təsdiqlənməyib.

Təyyarənin sərnişinlərindən biri İsrail telekanalına hadisənin təfərrüatını danışıb.

"Biz təyyarədə qışqırıqlar eşitdik. Daha sonra pilotların kabinəsini açdıq və qan gördük, kimsə pilota bıçaqla zərbə endirmişdi. İsraildən olan sərnişinlər hücum edəni tərksilah ediblər. Ekipaj ilə birlikdə təcili eniş etdik. Elə anlar oldu ki, sağ qalmayacağımızı düşündük", - deyə o bildirib.

Qeyd edilib ki, təyyarənin göyərtəsində 180 nəfər olub ki, onlardan təxminən 100-ü İsrail vətəndaşları olublar.

Hərbi müxbir Qilel Biton Rozen də hadisə ilə bağlı öz versiyasını irəli sürüb. Onun fikrincə, pilotlardan biri təyyarəni kəskin şəkildə endirməyə başlayıb və ikinci pilota məhəl qoymayıb. Bu zaman ikinci pilot onunla dava edib və təyyarəni yerə çırpmağa mane olub.

Təyyarə Səudiyyə Ərəbistanının şimal-qərbində yerləşən Tabuk şəhərinin hava limanına təhlükəsiz şəkildə eniş edib. Enişdən sonra hər iki pilot təyyarədən çıxarılıb. Mövcud məlumata görə, sərnişinlər arasında xəsarət alan yoxdur. Aviaşirkətin məlumatına görə, bütün sərnişinlər sağ-salamatdırlar.



"Təyyarə idarəetməni itirməyə başladı. Hamı qışqırırdı, öləcəklərini düşünürdülər. Bir neçə dəqiqə sonra iki digər pilot idarəetməni ələ aldılar", - deyə qadın qeyd edib.
  • Sosial şəbəkədə paylaş