Pentaqon Ay ətrafında hərbi sistemlərin yerləşdirilməsi imkanlarını araşdırır

ABŞ Müdafiə Nazirliyi perspektivdə Silahlı Qüvvələrin ehtiyacları üçün Ay ətrafında sistemlərin istifadəsi və onların mümkün dəyərini araşdırır.

Bunu Pentaqon rəhbəri Pit Heqset Koloradoda çıxışı zamanı bildirib.

“Biz 5, 10, 15, 20 il sonranı nəzərdən keçiririk ki, hərbçilərə nələrin lazım olacağını anlayaq. Hansı Ay ətrafı sistemlər, kosmik sistemlər, yeraltı və sualtı sistemlər tələb olunacaq? Döyüş əməliyyatları necə aparılacaq? Bugünkü büdcəni sabahkı döyüşlərə necə hazırlamalıyıq?” – Heqset deyib.
  • Sosial şəbəkədə paylaş