Amerikalı qadın Cincer Steyn 32 yaşlı musiqiçi Sonya Ekselbini öldürən əri Duayn Hollu hələ də sevdiyini deyib.
Müsavat.com xarici mediaya istinadla xəbər verir ki, 44 yaşlı Steyn bildirib: "Mən hələ də onu sevirəm. O, mənə özümü təhlükəsiz hiss etdirdi".
Sadist qatillə 20 ildən çox evli olan qadın deyib ki, Holl nəcib hərəkət edib.
Müstəntiqlərin sözlərinə görə, uşaqlıq travması səbəbindən bipolyar pozğunluq və bulimiyadan əziyyət çəkən Sonya Ekselbi Holla fetiş veb saytında tanış olub və həyatına son qoymaq üçün ona 4 min dollar təklif edib. Qız onu ziyarət etmək üçün Floridaya uçub, onlar görüşüblər və aralarında intim münasibət yaranıb.
Ekselbi tezliklə qərarına şübhə etməyə başlayıb və rəfiqəsinə yazıb: "Çox qorxuram, çox sarsılmışam".
Buna baxmayaraq, Holl edam planını həyata keçirib. O, Ekselbinin son anlarını kameraya çəkib və sonra qızın cəsədini dayaz bir məzara basdırıb.
Məhkəmənin məlumatına görə, onlayn "Alfasadist" təxəllüsündən istifadə edən Holl qadını "öz sadist zövqü üçün" döyüb və işgəncə verib. O, adam oğurluğu və qətlə görə ömürlük həbs cəzasına məhkum edilib.
Steyn etiraf edib ki, qətldən daha çox ərinin xəyanətindən narahatdır.