Birinci vitse-prezident Mehriban Əliyevə Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri arasında Vaşinqtonda keçirilən görüşlə bağlı paylaşım edib.

Paylaşımda deyilir: “Bu gün Vaşinqtonda Azərbaycan prezidenti, Amerika Birləşmiş Ştatlarının prezidenti və Ermənistanın baş naziri Birgə Bəyannamə imzaladılar və sülh sazişini paraflamaqla yekun sülh sazişinin bağlanması istiqamətində mühüm addım atdılar.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm! Qoy həmişə sülh olsun! Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin – qəhrəman oğullarımızın ruhu şad olsun! Uca Allah doğma Azərbaycanımızı qorusun!"
  • Sosial şəbəkədə paylaş