“Sədərək”də yanğının söndürülməsinə 30 xüsusi təyinatlı texnika, 140 şəxs heyəti cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Yanğının söndürülməsi məqsədilə əraziyə FHN-in 30-a yaxın xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub.

M
AZ

RU

Onlayn ictimai-siyasi qəzet


MOBİL VERSİYA

“Sədərək”dəki yanğın bu məşhur şirkətin anbarında baş veribmiş - FOTO

403 24.08.2025 16:13 A A
"Sədərək" ticarət mərkəzindəki yanğının yeni təfərrüatı məlum olub.

Məlumata görə, güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş.

Bildirək ki, məşhur “Super Toys” mağazalar şəbəkəsinin “Sədərək” ticarət mərkəzi ilə yanaşı Bakı və ətraf qəsəbələrdə filialları var.

Şirkətin rəsmi saytında olan məlumata əsasən hazırda şəbəkənin Bakıda 19 filialı xidmət göstərir.

Bu mağazalar şəbəkəsində uşaq aləminə aid olan müxtəlif növ malların satışı həyata keçirirlir.

İlkin məlumata görə, baş verən yanğın zamanı şirkətə dəymiş zərər yüz minlərlə manatdır. Yanğın zamanı anbarda olan malların böyük hissəsi yanıb. Ətrafda olanların köməyi ilə yanğın başlayan zaman malların çox az bir hissəsini anbardan çıxarmaq mümkün olub.
  • Sosial şəbəkədə paylaş