Ümummilli Lider Heydər Əliyevin mütərəqqi dövlətçilik siyasəti Azərbaycanda əmin-amanlığın, sabit və dayanıqlı inkişafın, rifahın bünövrəsini təşkil edir. Ulu Öndərin müdrik ideyaları əsasında formalaşan iqtisadi inkişaf strategiyası ölkəmizin davamlı yüksəlişini və dayanıqlı artımı təmin edir. Azərbaycanın dövlətçilik tarixində dərin iz qoymuş dünyaşöhrətli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi hər zaman böyük ehtiram, minnətdarlıq və sevgi ilə yad olunur.
Bir çox dövlət və ictimai təşkilatlarının kollektivləri, vətəndaşlar Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub və xatirəsini ehtiramla anıb.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad olunub, məzarı önünə güllər düzülüb.