"Milan"ın yeni mövsüm səfər formasında şeytan rəmzi

İtaliyanın "Milan" klubu 2025/2026 mövsümü üçün yeni səfər formasını təqdim edib.

Üzərində qara və qırmızı xətlər çəkilən köynəyin yaxasına "Diavoletto"(italyan dilindən tərcümədə "kiçik şeytan" mənasındadır - red.) emblemi vurulub.

Xatırladaq ki, "Milan" 2024/2025 mövsümünü A Seriyasında 8-ci pillədə başa vurub.**oxu.az
  • Sosial şəbəkədə paylaş