İlham Zəkiyev 9-cu dəfə Avropa çempionu oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir.

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) çempion olub.

O, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.

Qeyd edək ki, Zəkiyev bununla da 9-cu dəfə Avropa çempionu adını qazanıb.
  • Sosial şəbəkədə paylaş