Rusiyanın üzgüçülük idman növü üzrə komandası III MDB Oyunlarında iştirak etmək üçün Gəncəyə gəlib.
İdmançıları Gəncə Beynəlxalq Aeroportunda III MDB Oyunlarının Təşkilat Komitəsinin nümayəndələri qarşılayıblar.
Daha sonra idmançılar yarışların keçiriləcəyi məkanlara yola düşüblər.
Xatırladaq ki, III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri Gəncə şəhər stadionunda olacaq.