Formula 1 Azərbaycan Qran-Prisinin yerinin dəyişdirilməsi gündəmə gəlib.
Bu barədə “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov “Move Real Estate” Forumunun kuluarlarında “RİA Novosti”yə açıqlamasında bildirib.
O, yaxın gələcəkdə “Sea Breeze” kurortu ərazisində alov formasında, sahəsi 200 hektar olan süni adanın salınmasını planlaşdırdıqlarını açıqlayıb.
Azərbaycanın tarixən “Odlar yurdu” adlandırılmasından ilhamlanaraq “Fire Island” adı verilmiş bu layihənin yüksəksəviyyəli yarışları, dünya memarlıq ulduzlarının şedevrlərini və premium daşınmaz əmlakı özündə birləşdirməklə Xəzər dənizi turizminin simasını tamamilə dəyişdirəcəyi gözlənilir.
Layihənin dəyəri təxminən 15-16 milyard dollar qiymətləndirilir. Bunun 1 milyardı təkcə adanın yaradılmasına xərclənəcək, orada daşınmaz əmlakın tikintisi isə tikintinin sıxlığından və kvadratmetrindən asılı olaraq, təxminən 10-15 milyard dollara başa gələcək.
E.Ağalarovun sözlərinə görə, adanın tikinti konsepsiyası üzərində işə bir neçə tanınmış beynəlxalq memarlıq şirkətinin cəlb edilməsi planlaşdırılır. Avtomobil yarışları üçün trasın layihələndirilməsi ilə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) birinci kateqoriyalı yarış avtodromlarının tərtibatçısı kimi tanınan “Tilke Engineering” məşğul olacaq.
“Biz bütün “Fire Island” ərazisini bir neçə klasterə bölməyi və hər memarlıq bürosuna klasterlərdən biri üçün öz fərdi üslubunda unikal konsepsiya hazırlamağı təklif etmək niyyətindəyik. Formula 1 yarışlarının təşkilatçıları köhnə Bakının fransız damlı dörd və beşmərtəbəli binalardan ibarət memarlığını çox bəyənirlər. Buna görə də yarışın keçiriləcəyi sahələrdə binaların layihələndirilməsini məhz bu üslubla yaxşı işləməyi bacaran memar Sergey Çobana həvalə etmək istərdim”, - Ağalarov deyib.