EWRC: İyulda Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 90 %-ni ödəyəcək

İyul ayında Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) vasitəsilə tədarük edilən Azərbaycan təbii qazının həcmi Bolqarıstanın daxili tələbatının 90 %-ni ödəcəyi proqnozlaşdırılır.

Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) məlumatına görə, Azərbaycanla uzunmüddətli qaz müqaviləsinin qaz qovşaqlarındakı qiymətlərlə deyil, beynəlxalq bazarlardakı neft qiymətləri ilə əlaqələndirilməsinin “əlverişli qiymətlərin əldə edilməsində” rol oynayır.
  • Sosial şəbəkədə paylaş