Orta Dəhlizlə yükdaşımalar 65 % artıb

Bu ilin I yarısında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 65 % artaraq 2,1 milyon ton olub.

Bundan əvvəl Qazaxıstanın nəqliyyat nazirinin müavini Satjan Ablaliyev bildirmişdi ki, bu il TBNM vasitəsilə daşımaların həcminin 4,2 milyon tona çatdırılması planlaşdırılır.

2023-cü ildə TBNM ilə yükdaşımaların həcmi 2022-ci illə müqayisədə yenə də 65 % artaraq 2,7 milyon ton təşkil edib.

Orta Dəhliz Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
  • Sosial şəbəkədə paylaş