Onlara yüksək vəzifələr verildi

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə yeni təyinat olub.

Məlumata görə, bu vəzifəyə Vüsal Qurbanov təyinat alıb. O, buna qədər Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan başqa, Mərkəzi Bankın baş direktoru Ziya Əliyev sədrin müşaviri təyin edilib.

Bununla da AMB sədrinin müşavirlərinin sayı 5-ə çatıb.
  • Sosial şəbəkədə paylaş