Bu şəxslər üçün vergilər artırılır

ABŞ prezidenti Donald Tramp yüksək gəlirli vətəndaşlar üçün vergi faizini 39,6-ya yüksəltməyi planlaşdırır.

Yeni təklifə görə, illik şəxsi gəliri 2,5 milyon dolları, ailə gəliri isə 5 milyon dolları keçənlər bu dərəcəyə tabe olacaq.

Planın 10 il ərzində büdcəyə 67,3 milyard dollar qazandıracağı gözlənilir.

Tramp daha əvvəl idxal rüsumları ilə gəlir vergisinin əvəzlənə biləcəyini də bildirmişdi.
  • Sosial şəbəkədə paylaş