Azərbaycan nefti 117 dollardır

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.86 ABŞ dolları və ya 0,7% azalaraq 117.3 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 118.16 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
  • Sosial şəbəkədə paylaş