Qəbələdə artıq bir neçə gündür ki, barama tədarükünə başlanılıb. Qəbələli kümçülər ilk günlər qəbul məntəqəsinə 616 kiloqram yaş barama təhvil veriblər. Hazırda barama tədarükü davam edir.
Qəbələ Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə rayonda mövsüm ərzində yaş barama yetişdirilməsi üçün 52 kümçü ilə müqavilə bağlanaraq, onlara 126 qutu və ya 2.52 kiloqram ipəkqurdu paylanılıb.
Qəbələ rayonunun müvafiq təşkilatlarının nümayəndələri, mütəxəssislər bu günlər mütəmadi olaraq kümdarların təsərrüfatlarına baş çəkir, fermerlərin qayğıları ilə maraqlanırlar.