Dünya neft bazarında qiymət enişi davam edir. ABŞ-la İran arasında münaqişənin aradan qalxması neft qiymətlərini sürətlə münaqişədən əvvəlki səviyyəyə qaytarır.
Londonun ICE birjasında Brent neftinin qiyməti 3,7 dollara yaxın ucuzlaşmaqla fevral ayından bəri ilk dəfə 74 dollardan aşağı düşüb. Hazırda Brent-in avqust fyuçersləri 73,4 dollara ticarət olunur.
Nyu-Yorkun NYMEX birjasında WTI nefti 3,4 dollar geriləyərək 70 dolların altına düşüb.
Analitiklərə görə, Hörmüz ətrafındakı ölkələrdə İran da daxil olmaqla, böyük həcmdə neft ehtiyatları toplanıb. Boğaz açıldıqdan sonra bu həcmlər sürətlə bazara çıxır deyə qiymətlə kəskin düşür. Bildirilir ki, yaxın 1-2 həftədən sonra bazar çıxarılan həcmlər ən azı münaqişədən əvvəlki həddə sabitləşəcək, bu isə qiymətlərin yenidən artaraq 75 dollar ətrafında dəyişməsinə şərait yaradacaq.