Fiziki şəxslərin əmanətlərinin 71,2 faizi milli valyutadadır

Fiziki şəxslərin əmanətlərinin 71,2 faizi (12 milyard 684,6 milyon manat) milli valyutada, 28,8 faizi (5 milyard 126,3 milyon manat) xarici valyutadadır.

Mərkəzi Banka istinadla xəbər verir ki, fiziki şəxslərin əmanət portfelinin 64,7 faizi (11 milyard 520,7 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

Avqust ayında fiziki şəxslərin müddətli əmanətləri 1,6 faiz və ya 178,5 milyon manat artaraq 11 milyard 520,7 milyon manat təşkil edib.

Bu ilin avqust ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,2 faiz (2692 əmanətçi), ilin əvvəlindən isə 16,4 faiz (31 min 922 əmanətçi) artaraq 226,1 min nəfər təşkil edib.
  • Sosial şəbəkədə paylaş