Emin Ağalarov: AIIF 2026 Azərbaycanın investisiya imkanlarının təqdim olunması baxımından əhəmiyyətlidir

Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın investisiya imkanlarının beynəlxalq investorlar qarşısında təqdim olunması baxımından əhəmiyyətlidir.

Bunu iş adamı Emin Ağalarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində APA-ya açıqlamasında deyib.

O bildirib ki, tədbirin Prezident İlham Əliyev tərəfindən açılması və ölkədəki investisiya imkanlarının dövlət başçısı tərəfindən təqdim edilməsi forumun əhəmiyyətini daha da artırır.

“Enerji sektorundan – neft və qazdan əlavə, düşünürəm ki, inkişaf da prioritet istiqamətlərdən biridir. Prezidentin özü belə tədbirlərin açılışında iştirak edərək ölkəyə investisiya imkanlarından danışanda, bu, tədbirin əhəmiyyətini vurğulayır”, – Emin Ağalarov qeyd edib.

Emin Ağalarov forumda "Sea Breeze Azerbaijan" layihəsini beynəlxalq investisiya fondlarına təqdim etmək məqsədilə iştirak etdiyini bildirib.

O, forumun təşkilatçılığını da yüksək qiymətləndirib: “Möhtəşəmdir”.
  • Sosial şəbəkədə paylaş