Restoranda içində 13 min manata yaxın pul olan çanta oğurlandı

Bakıda restorandan 13 min manata yaxın pul oğurlanıb.

Media DİN-ə istinadla xəbər verir ki, hadisə iyulun 29-da Səbail rayonu ərazisində yerləşən iaşə ocağında baş verib.

İçində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanmasında şübhəli bilinən Vəfa Bəylərova saxlanılıb.
  • Sosial şəbəkədə paylaş