Çində dələduzluq mərkəzləri idarə edən Min ailəsinin 11 üzvü edam edilib.
Onlar minlərlə adamı oğurlayaraq onlayn fırıldaqçılığa məcbur etməkdə və kölə kimi işlətməkdə ittiham olunub.
“BBC”nin məlumatına görə, Min ailəsi Myanmanın Çinlə sərhədində yerləşən Kokan muxtar bölgəsindəki Laukkaing şəhərini faktiki olaraq nəzarətdə saxlayan klanlardan biri olub. Şəhər illərdir qumarxana, fahişəlik və fırıldaqçılıq mərkəzi kimi tanınıb.
Ailənin başçısı Min Syueçan əvvəllər Myanma parlamentinin deputatı olub. O, Laukkaingdə yerləşən və ən məşhur fırıldaqçılıq komplekslərindən biri sayılan Crouching Tiger Villa adlı mərkəzinə rəhbərlik edib.
Qumar, fahişəlik və onlayn fırıldaq
Əvvəlcə ailənin əsas gəliri qumar və qadın satıcılığından ibarət olub. Daha sonra isə onlar onlayn dələduzluğa keçiblər.
Bu məqsədlə yüzlərlə, sonradan isə minlərlə insan müxtəlif ölkələrdən aldadılaraq və ya oğurlanaraq Laukkaingə gətirilib.
Qurbanlar faktiki olaraq kölə kimi saxlanılıb. Burada onlar məcburi əməyə cəlb edilib, telefon və internet vasitəsilə insanları aldatmağa vadar edili, qaçmağa cəhd edənlər isə döyülüb və bəzən öldürülüb.
Çin mediasının məlumatına görə, Min ailəsi fəaliyyətinin pik dövründə ən azı 10 min nəfəri fırıldaqçılıq əməliyyatlarına cəlb edib.
2023-cü ildə həbs, sonra Çinə təhvil
Min ailəsinin üzvləri 2023-cü ildə Myanmadakı etnik silahlı dəstələr tərəfindən saxlanılıb. Həmin vaxt Laukkaing bölgəsində hərbi xunta ilə toqquşmalar gedib və şəhər hökumət qüvvələrinin nəzarətindən çıxıb.
Saxlanıldıqdan sonra ailə üzvləri Çinə təhvil verilib.
Çin hökuməti bu əməliyyatları, oğurlanan insanların ailələrinin çoxsaylı şikayətlərindən sonra başladılan “fırıldaqçılıq mərkəzlərinə qarşı mübarizə” çərçivəsində həyata keçirib.
Ailə başçısı həbsdə intihar edib
Min ailəsinin rəhbəri Min Syueçan 2023-cü ilin noyabrında, həbsdə olarkən intihar edib.
Edam edilənlər arasında onun:
oğlu Min Qopin — Myanma hərbi xuntasına bağlı sərhəd qüvvələrinin keçmiş komandiri,
nəvəsi Min Çjencjən də var.
“Kiber-köləlik” şəbəkələrinə ağır zərbə
Ekspertlər bildirir ki, bu hadisə Asiya regionunda illərdir fəaliyyət göstərən “kiber-köləlik” şəbəkələrinə qarşı ən sərt tədbirlərdən biridir.
Son illər Myanma, Kamboca və Laosda yüzlərlə belə gizli mərkəz aşkar edilib. Bu yerlərdə insanlar zorla saxlanılır, borc və təhdid yolu ilə işlədilir.
Çin hakimiyyəti isə bu cür şəbəkələrə qarşı mübarizəni sərtləşdirəcəyini açıqlayıb.