Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə məhkəmə iclası davam edir.
Azər Cümşüdova qarşı "Baksol" yolu ərazisində "Sab Azərbaycan"ın əməkdaşı, 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündən dolayı ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir.
Media xəbər verir ki, prosesdə Azər Cümşüdov dövlət ittihamçısının suallarını cavablandırıb.
Deyib ki, çökmə 2025-ci ilin mayın 14-də baş verib:
"Həmin vaxt çökmə baş verən ərazidən 1 kilometr kənar bir yerdə bərpa işləri görürdük. Çökmə barədə məlumat alanda əraziyə yollandıq, oranı məhəccərə aldıq, qadağan olunmuş nişanlar qoyduq. Orada iş görülməsi üçün bizə heç bir göstəriş verilməyib. Bizim xidməti vəzifəmiz qəza-bərpa işlərini görməkdir. İyunun 4-nə kimi məlum hadisə baş verən yerdən 1 kilometr kənarda gördüyümüz işi yekunlaşdırdıq. Sonra dedilər ki, sizin daha orada görəcəyiniz iş yoxdur, oradan gedin. Biz də oradan ayrıldıq. Orada heç bir iş görməmişik. İş görmək üçün heç bir əmr olmayıb".
Dövlət ittihamçısı müttəhimin diqqətinə çatdırıb ki, çöküntü baş verən yerdə qadağan olunmuş nişanlardan əlavə kosmetik işlər aparılıb. Dövlət ittihamçısı kosmetik işlərin kimin tərəfindən aparılması ilə maraqlanıb.
Müttəhim deyib ki, çöküntü baş verən ərazidə suvaq işləri aparılmayıb:
"Çöküntü baş verən quyunun üzərinə böyük diklər qoyulub, bunu da həmin ərazidə işlər görən obyekt sahibləri ediblər. Bizim işimiz ora məhəccər çəkməkdən ibarət olub, bunun da fotoları var, təqdim edə bilərik. Orada təhlükəsizlik tədbirləri ilə bağlı dəfələrlə müvafiq quruma məlumat vermişik. Bizə orada iş görmək üçün material verilməyib, buna görə də orada iş görə bilməzdik. Bunun üçün iş əmri verilməli, vəsait ayrılmalıdır".
Müttəhim Azər Cümşüdov bildirib ki, hadisədən 2-3 saat sonra iş əmri açılıb və hadisə baş verən yerdə işlər görülməyə başlanıb:
"Mənim bu işdə günahım yoxdur. Bu hadisənin baş verməsində obyekt sahibləri günahkardır. Zərrə qədər günahım varsa, cəzamı çəkməyə hazıram".
Mərhum Cümşüd Cümşüdlünün hüquqi varisi, anası Fəridə Abbasovanın sözlərinə görə, qaynı Vidadi Abbasov bu şəxslərlə iş yoldaşı olub:
"Bu hadisədən sonra qaynımın yanına gediblər, onunla görüşüblər. Bir ana kimi məni saymayıblar, dərdimə şərik olmayıblar. Oğlum dəfn olunan günün səhəri qaynımın Novxanıdakı evində yeyib-içiblər, guya oğluma 3 mərasimi veriblər. Mən isə oğlumun məzarı başında qaldım, onların yanına getmədim. Həyat yoldaşım 4 il əvvəl rəhmətə gedib, qaynım bu müddətdə bir dəfə də qapını açmayıb. Bu hadisədən sonra gələrək işə qarışıb. Qaynımın oğlu gəldi, məni təhqir etdi ki, niyə şikayətçi olmusan? Şikayət etdiyim, bu hadisəni ictimailəşdirdiyim üçün mənə hədə-qorxu gəldi. Mən qaynımla düşmənəm. O, mənim yanımda yox, o biri tərəfin yanında olub. İntiqam adlı vəzifəli şəxs gəlib dedi ki, şikayət etsən nə olacaq, yetimin birini tutub içəri salacaqlar, şikayət etmə. O, qaynımla əlbirdir. Oğlu ölən anaya bu sözü demək olar? Heç oğlumun məzardaşını da düzəltmədilər. Mən şikayətçiyəm, oğlumun bir damla qanını da keçməyəcəm".
Qeyd edək ki, hadisə ötən il iyunun 26-da paytaxtın Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında, "Baksol" ərazisində yolun çökməsi nəticəsində baş verib. 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşərək ölüb.
Baş vermiş hadisə ilə bağlı Bakı Su Kanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdov cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində başqa yerə getməmək haqda qətimkan tədbiri seçilib.
Xatırladaq ki, ailənin yeganə övladı olan Cümşüd Cümşüdlünün meyiti hadisədən 2 gün sonra, iyunun 28-də Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarından tapılıb. Təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) ittiham irəli sürülüb.