Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

KİV xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır.

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.
  • Sosial şəbəkədə paylaş