Türkiyənin Tokat vilayətinin Artova rayonunda ölümlə nəticələnən ailədaxili insident baş verib.
KİV Türkiyə mediasına istinadən xəbər verir ki, Artova rayonunun Ağmusa kəndində yaşayan Azərbaycan vətəndaşı K.V. (52) ilə onun 88 yaşlı qayınatası Mustafa Cici arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb.
Məlumata görə, evin qarşısında başlayan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Tərəflərin bir-birinə zərbələr endirdiyi bildirilir. İddialara əsasən, K.V.-nin vurduğu zərbə nəticəsində Mustafa Cici yerə yıxılıb.
Hadisə ilə bağlı 112 Təcili Çağrı Mərkəzinə məlumat verilib. Hadisə yerinə cəlb olunan tibb işçiləri ağır vəziyyətdə olan yaşlı kişini Artova Dövlət Xəstəxanasına çatdırıblar. Həkimlərin bütün səylərinə baxmayaraq, Mustafa Cici həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Artova Respublika Prokurorluğu tərəfindən araşdırma başlanılıb. Hadisədə şübhəli bilinən Azərbaycan vətəndaşı K.V. polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda onun barəsində hüquqi prosedurlar davam etdirilir.
Hadisənin başvermə səbəbləri və ölümün dəqiq şəraiti istintaq çərçivəsində araşdırılır.