Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb, hadisə araşdırılı

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi addımlar atılır.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib

Bildirilib ki, səsləndirilən bütün iddialarla bağlı araşdırma aparılır və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
  • Sosial şəbəkədə paylaş