Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var

Bakıda orta məktəbin qarşısında qətl törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Hadisəni törətməkdə şübhəli bilinən Q.Mahmudov polis əməkdaşları tərəfindən saxlanılıb.

Samir Əli

12:49

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib.

Hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.

Əraziyə polis əməkdaşları cəlb olunublar.

Hadisənin təfərrüatı hələlik məlum deyil.

TƏBİB-dən cavab olaraq bildirildi ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb".
  • Sosial şəbəkədə paylaş