Bakıda 51 yaşlı qadın bıçaqlandı: Oğlu tutuldu

Bakıda anasını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Medianın əldə etdiyi məlumata görə, hadisə dünən gecə saatlarında Bakının Xətai rayonu ərazisində baş verib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1975-ci il təvəllüdlü Mehriban Abdullayevanı bıçaqlamaqda şübhəli bilinən oğlu K.Abdullayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş