Gədəbəy rayonunun məşhir “Şır-şıra” şəlaləsi donaraq gözəl bir görüntünün yaranmasına səbəb olub.
Düzyurd çayının yaratdığı, 10-12 metr yüksəklikdən axıb gələn təbiət incisi öz əsrarəngizliyi ilə meşəlik ərazidə, qayalıqların arasında gizlənir. Yaz-yay aylarında şəlalənin şırıltısı və damcıları ətrafa yayılsa da, hazırda burada sakitlik hökm sürür. Təmiz, saf hava, ağappaq təbiət və bu sakitlik insanın ruhunu dincəldir. Ağ örtük dağların qoynuna sığınan sehrli gözələ möhtəşəmlik qataraq onu qış fəslində daha da cazibədar edir. Donmuş şəlaləni seyr etmək nə qədər xoş təsir bağışlasa da, qarlı havada qayalıqların arası ilə əraziyə getmək bir qədər çətindir.