Bakıya gələn erməniəsilli müğənni – Bilet qiymətləri rekord həddə

Erməniəsilli müğənni Aleksey Çumakov aprelin 20-də paytaxtda konsert verməyə hazırlaşır.

Bilet qiymətləri sadə vətəndaşlar üçün əlçatmazdır – 49 manatdan başlayaraq 599 manata qədər yüksəlir.

Xatırladaq ki, Aleksey Çumakov 1981-ci ildə Özbəkistanın Səmərqənd şəhərində doğulub. Müsahibələrində dəfələrlə atasının bolqar, anasının isə Qarabağ ermənisi olduğunu bildirib. O, hər zaman erməni kimliyini vurğulamaqdan çəkinmir, mədəniyyətini, mətbəxini təbliğ edir.
  • Sosial şəbəkədə paylaş