Kəlbəcər Şəhəri Günü çərçivəsində “Zınqırovlu pişik” tamaşası nümayiş olunub

Mədəniyyət Nazirliyi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə noyabrın 25-də Kəlbəcərdə növbəti Şəhər Günü qeyd olunur.

Nazirlikdən bildirilib ki, tədbirlər çərçivəsində Gəncə Dövlət Kukla Teatrının kollektivi Əhməd Orucun “Zınqırovlu pişik” tamaşasını təqdim edib. Tamaşa Kəlbəcər şəhərinin mərkəzi meydanında qurulmuş səhnədə nümayiş olunub.
  • Sosial şəbəkədə paylaş